Moskva aeroportunda təyyarə yandı, 10 nəfər ölüb – Video+Yenilənir

0
414
Şermetyevo hava limanından Moskva-Murmansk istiqamətində uçan təyyarə təcili aerporta geri dönüş edib.
Təyyarənin göyərtəsində yanğın çıxıb. 78 nəfər sərnişin təxliyyə olunub.
Azı 10 nəfərin yaralandığı bildirilir.
***
Hadisə yerinə Rusiyanın İstintaq Komitəsinin əməkdaşları yollanıb. Təyyarənin yanmasının səbəbləri araşdırılır. Yanğın nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Daha əvvəl 10 nəfərin xəsarət aldığı deyilirdi.
***
SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür.
***
Yanğın zamanı xəsarət alanların sayı artıb. Belə ki, 10-dan çox sərnişinin yaralandığı bildirilir. Faktla bağlı artıq cinayət işi açılıb.
***
Yaralıların hamısının öldüyü qeyd edilir. Bəzi rəsmi saytlarda isə bir nəfərin öldüyü yazılıb. Yanğının qarşısı alınıb.(Qafqazinfo)