Koçaryan azadlığa buraxıldı

0
277

Ermənistanın ikinci prezidenti Robert Koçaryan azadlığa buraxılıb.

Eks-prezidenti həbsxanadan çıxarmaq üçün cangüdənlərin müşayiəti ilə xüsusi avtomobil göndərilib. Onun binadan çıxışını isə jurnalistlər görə bilməyib. Koçaryanın vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında bildirib ki, keçmiş prezident məhkəmə qərarına əsasən ölkə ərazisini tərk edə, istintaqın gedişatına mane ola, ondan yayına bilməz.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə həbs edilmişdi. O, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunurdu