“Həyatımda buna bənzər bir şey olmamışdı” – Klopp

0
1013

Çempionar Liqasında “Barselona” üzərində 4:0-lıq qələbə qazanaraq möhtəşəm geridönüş edən “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

O, qarşılaşmadan əvvəl futbolçularına dediklərini mətbuata açıqlayıb: “Oyundan əvvəl uşaqlara dedim ki, işimiz imkansızdır, amma məsələ siz olduğunuz üçün bir şansımız var. Həyatımda bir çox futbol matçı gördüm, ancaq buna bənzər bir şey olmamışdı”.

Qeyd edək ki, “Barselona” ilk matçda 3:0 hesablı qalibiyyət əldə etmişdi.