Gürcü nazir qonşu ölkənin bayrağına görə istefaya göndərildi

0
292

Gürcüstanın Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

Bu barədə Acarıstan Nazirlər Kabinetinin rəhbəri Tornike Rijvadze deyib.

Bildirilir ki, İ. Şamilişvilinin istefaya göndərilməsinə səbəb Rusiya bayraqlarıdır.

Batumidə beynəlxalq folklor festivalında keçirilən yürüşdə Rusiya bayraqları ilə yanaşı üzərində Rusiya sözü yazılan plakatlar görünüb.

Bu halın məhz Gürcüstanın Müstəqillik günündə yaşanması ictimaiyyəti və respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkilinə görə İ. Şamilişvilinin rəhbərlik etdiyi nazirlik məsuliyyət daşıyıb. Şamilişvili bildirib ki, bu, uşaq festivalı idi və siyasətlə bağlı olmayıb.