Dubayda təyyarə qəzaya uğrayıb, ölənlər var

0
327

BƏƏ-nin Dubay şəhərinin hava limanında təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Bildirilir ki, onlardan 3-ü britaniyalı, 1-i isə Cənubi Afrikadandır.

İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Qəza ilə bağlı araşdırma aparılır.