Daha bir təyyarə qəzası – 14 nəfər həlak oldu

0
290

Meksikada xilasedicilər qəzaya uğramış Bombardier Challenger 601 tipli təyyarənin qalıqlarını tapıblar.

Verilən məlumata görə,14 nəfərin meyiti aşkarlanıb. Təyyarə Las-Veqasdan Monterrey şəhərinə uçurmuş. Sərnişinlərin boks yarışmasını izləməkdən qayıtdığı bildirilir.

Təyyarənin qalıqları Koauila ştatının Monklova bələdiyyəsi ərazisində tapılıb. Ölənlərdən 11-i sərnişin, üçü ekipaj üzvüdür.