Canavarların kəndlərə hücumu nazirlikləri hərəkətə keçirdi

0
246

Kənd yerlərində canavarların sakinlərə hücumu ilə bağlı bizi narahat edən siqnallar var. Bu səbəbdən Azərbaycanda vəhşi heyvanların kəndlərə və insanlara hücum etməsi ilə bağlı işçi qrup yaradılıb.

Bu barədə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev məlumat verib.

Nazir qeyd edib ki, canavarların əhaliyə hücumları ilə bağlı gələn siqnallar barədə tənzimləmə sistemi var:

“Bizim qurum Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədbirlər görür. Bunun nəticəsi özünü göstərəcək”.

“Vəhşi heyvanların sakinlərə hücumunun qarşısını almaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyalardan biridir. Bu məsələ barədə yeni proqramın hazırlanması üçün hökumətə təklif verməyə ehtiyac yoxdur”, – deyə nazir bildirib.