Bu gün Azərbaycan Kubokunun finalıdır

0
224

Bu gün Azərbaycan Kubokunun final oyunu baş tutacaq.

Həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.

Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Bu final “Qəbələ” üçün ardıcıl 3-cü, ümumilikdə 4-cü final olacaq. Əyalət təmsilçisi indiyə qədər kuboku qazana bilməyib.

“Sumqayıt” üçün isə ilk finaldır.

Azərbaycan Kuboku Final

16:30. “Qəbələ” – “Sumqayıt”