Bakı finalı: “Çelsi” “Arsenal”ı darmadağın edərək Avropa Liqasının qalibi oldu — FOTO + YENİLƏNİB

0
713
Bakıda keçirilən UEFA Avropa Liqasının final matçının qalibi müəyyənləşib.

“Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək 2013-cü ildəki uğurunu təkrarlayıb.

“Arsenal” isə 2000-ci ildə olduğu kimi, yenə finalda uduzub. Bu isə o deməkdir ki, “topçular” ardıcıl üçüncü mövsüm də Avroliqada mübarizə aparmalı olacaq.

***

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

Eden Azar 72-ci dəqiqədə dublunu rəsmiləşdirib – 4:1.

***

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

“Çelsi” bu dəfə belçikalı Eden Azarla fərqi 3:0-a çatdırıb. Daha sonra yenicə meydana daxil olmuş nigeriyalı Aleks İvobi möhtəşəm qolla fərqi azaldıb – 1:3.

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində Eden Azar penaltidən üçüncü qolu vurdu

***

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşünün ikinci hissəsində daha bir qol vurulub.

***

“Çelsi”nin ispaniyalı futbolçusu Pedro Rodriqes hesabı 2:0-a çatdırıb.

“Çelsi”nin futbolçusu Olivye Jiru 49-cu dəqiqədə hesabı açıb.

***

Bakıda keçirilən UEFA Avropa Liqasının “Çelsi” – “Arsenal” görüşü başlayıb.

Görüşdə hələ hesab açılmayıb.

***

UEFA Avropa Liqası finalının açılış mərasimi olub.

Britaniyalı müğənni Conas Blu oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda səhnə alıb.

O, 150 yerli rəqqasın müşayəti ilə “Rise”, “Mama”, “Polaroid” və “Perfect Strangers” mahnılarını ifa edib.

Qeyd edək ki, finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşır.