Azərbaycan Ueldanov-Qalustyanı həbsdən azad etdi

0
273

Erməni mənşəli Rusiya vətəndaşı Marat Ueldanov (Qalustyan) Bakıdan Rusiyaya aparılıb.
“Sputnik-Armenia” agentliyinin məlumatına görə M. Ueldanov 2016-cı ilin 28 iyul tarixində Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə saxlanılıb.
Ermənistan mətbuatı və bəzi ermənipərəst Rusiya KİV-ləri Marianna Mirzoyana istinadən edərək M. Ueldanovun guya erməni olduğuna görə saxlanıldığı barədə məlumat yaymağa başlayıblar.
2019-cu ilin yanvar ayında Rusiya xarici işlər naziri Sergey Lavrov ümidvar olduğunu bildirib ki, Azərbaycanla danışıqlar nəticəsində M. Ueldanov-Qalustyanı Rusiyaya qaytarmaq mümkün olacaq.