Afrikada yanacaq tankeri partladı: 55 nəfər öldü – FOTO

0
200

Nigeriyanın paytaxtı Niameydə hava limanı yaxınlığından keçən dəmir yolunda yanacaq tankeri partlayıb.

Qəzada 55 nəfər ölüb,36 nəfər yaralanıb.

Nigeriyanın daxili işlər naziri Bazoum Muhammed bildirib ki, dünən axşam tanker park edərkən aşıb. Yanacaq sızdığını görən insanlar ətrafa toplaşıblar. Bu zaman əraziyə yaxınlaşan motosikletin motorundan sıçrayan qığılcım partlayışa səbəb olub.