ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var

0
656

ABŞ-ın Kolorado ştatında məktbəbdə baş verən atışma nəticəsində bir nəfər həlak olub.

Bu barədə Duqlas dairəsinin şerifinin ofisindən bildiriblər.

Bildirilri ki, Haylends Renç rayonunda STEM məktəbində baş verən atışma nəticəsində 18 yaşlı şəxs həlak olub, daha 7 nəfər isə yaralanıb.

Məluimata əsasən, şübhəli bilinən şəxslər məktəbə daxil olublar və məktəblilərə atəş açmağa başlayıblar.

Qeyd edilir ki, insidentlə əlaqədar 2 nəfər saxlanılıb, hadisə yerində araşdırma davam etdirilir.