8 il iflic olub toyunda qəfil yeriyən gəlin – Bəy göz yaşlarına hakim ola bilmədi + FOTO

0
369

Səkkiz il iflic olan Jaque Qonçer toyunda qəfil durub yeriyərkən hamı şoka düşüb. Qonaqlar və ailə qurduğu oğlan gözyaşlarına hakim ola bilməyib.
25 yaşı olan Jaque 17 yaşında üzərkən başına gələn qəzadan sonra iflic olub. Həkimlər isə onun bir daha yeriyə bilməyəcəyini deyiblər. Qəzadan 6 ay sonra bir möcüzə baş verib. Jaque ayağa qalxmağa başlayıb. Amma səkkiz il təkərli əlil arabasında gəzib. Toyundan bir il əvvəl qərar alan Jaque toyunda ayağa qalxaraq hamını təəccübləndirib.
İlk başda toy salonuna anası və babasıyla əlil arabasında gələn Jaque qəfildən ayağa qalxaraq yeriməyə başlayıb. O, toyunda nəinki yeriyib, həm də rəqs edib. Bütün salondakılar kimi həyat yoldaşı Endy Qonçer də gözyaşlarına hakim ola bilməyib. Bir il öncə qan azlığına görə 30 dəqiqədən çox ayaq üstdə dura bilməyən  Jaque beş saatlıq toyunda 45 dəqiqə ayaq üstdə durub.
Moderator.az maraqlı fotoları təqdim edir.