600 min insanı suyla təmin etmək üçün 9 il könüllü işləyən yapon həkim – İBRƏTAMİZ…

0
365

Yaponiyadan Əfqanıstana gələn Tetsu Nakamura adlı həkimin sayəsində bu gün 600 mindən çox insan içməli su ilə təmin olunub. Bunun üçün isə T.Nakamura ömrünün 9 ilini bu işə həsr edib.
T.Nakamura 1991-ci ildə Əfqanıstana gələrək ölkənin dağlıq bölgəsində insanlara tibbi yardım göstərməyə başlayıb. Burada o, üç tibb məntəqəsi açıb. Yoxsul insanlara könüllü olaraq tibbi yardım göstərməyə başlayıb. Lakin 2000-ci ildə ölkədə quraqlıq artmağa başlayıb. Bununla yanaşı, qida və su çatışmazlığı səbəbiylə bölgədə xəstəliklər sürətlə artıb.
Xəstəliklərin bu şəkildə qarşısını ala bilməyəcəyini görən T.Nakamura su kanalı layihəsini həyata keçirməyə qərar verib. 2003-cü ildə çox çətinlikdə də olsa bunu həyata keçirib. T.Nakamura bildirib ki, su kanalı layihəsini həyata keçirmək üçün qədim bir yapon kitabından da faydalanıb. Öz zəhməti bahasına bölgəyə su çəkməyə müvəffəq olan T.Nakumranın xeyirxahlığı insanlar tərəfindən də alqışla qarşılanıb.
25,5 kilometr uzunluğunda olan su kanalı sayəsində 2016-ci ildən etibarən 16 min hektar ərazi suyla təmin olunub. Bununla yanaşı 600 min insanın da su ehtiyacı bu kanal vasitəsi qarşılanıb. T.Nakamura bu işinə görə “Beynəlxalq barış” ödülünə layiq görülüb. T.Nakamura bununla da dünyada artan aclığın və terrorun bu şəkildə qarşısını ala biləcəyini vurğulayıb.