YYSİB-nin “İntellektual əsgər” layihəsi bölgədə təqdim olundu!

0
663

Bu günlərdə təşkil olunan məclisdə  yaradıcı adamlar, şəhid ailələri və gənclər Aprel qəhrəmanlarının  anımında iştirak ediblər.

 
“İntellektual gənc əsgər”: hərbi-vətənpərvərlik ədəbiyyatı” ədəbi-şəbəkə layihəsinin növbəti tanıtımı cənub bölgəsində – Lənkəranda təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbirdə İNK baş katibi,  YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov çıxış edib. O bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondunun üçaylıq maliyyə dəstəyi ilə (2018-ci ildə maliyyə yardımı müsabiqəsi) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, http://www.kitabxana.net/ – Milli Virtual-Elektron Kitabxananın “İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihəsi çərçivəsində görüş təşkil olunub.
Layihə çərçivəsində təşkil olunan Ədəbi müsabiqənin Münsiflər Heyəti üzvlərinin müsbət rəyini alan əsərlər toplu şəkilində, kağız formada nəşr edilib, eləcə də bu mövzuda hazırlanan 33 e-kitab silsiləsinə daxil edilərək rəqəmsal formada hazırlanaraq yayımlanır.
Daha sonra ictimai xadimlər, yazarlar və şəhid ataları çıxış edərək belə layihələrin əhəmiyyətini xüsusi vurğuladılar!
Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:
Azərbaycan Gənclər Fondu – youthfoundation. az
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: yysq.kitabxana.net
Bu silsilədən olan digər digər e-kitablarını buradan oxuyun:
kitabxana.net/?oper=e_kitabxana&cat=183 “İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Facebook səhifəmizi və virtual kursu buradan izləyin: facebook.com/YeniYazarlar/ “Vətən sənsən!” adlı kitab YYSİB tərəfindən nəşrə hazırlanıb və tədbirdə oxuculara paylanıldı.
Tədbirdən sonra şəhid hərbçilərin məzarları ziyarət edildi, xüsusi hörmətlə anıldılar!