“Yeni Sözçü” qəzeti Mətbuat Şurasına qəbul edilib

0
297

İctimai Nəzarət Koalisiyasının fəal üzv təşkilatı “Yeni Sözçü” qəzeti Mətbuat Şurasına qəbul edilib.

Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclasında “Yeni Sözçü” qəzetinin quruma üzvülüyə qəbulu ilə bağlı müraciətinə baxılıb. Qəzet haqqında İdarə Heyətinin üzvülərinə geniş məlumat verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Yeni Sözçü” qəzetinin 2014-cü ildən dərc edildiyini, ötən beş ildə yazılı mətbuatın sırasında özünə layiqli yer tuta bildiyini vurğulayıb. Qəzetin obyektibliyini və peşəkarlığını təqdir etdiyini qeyd edən millət vəkili Əflatun Amaşov qəzetin Mətbuat Şurasına qəbul edilməsini təklif edib. İdarə Heyətinin digər üzvüləri də “Yeni Sözçü” qəzeti ilə tanış olduqlarını, fəaliyyətini izlədiklərini və MŞ qəbul edilməsini dəstəklədiklərini bildiriblər. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, yazıçı Rəşad Məcid Türkiyədə dərc olunan “Sözçü” qəzetini xatırladıb. Bundan sonra səsvermə keçirilib və bir nəfər bitərəf qalmaqla İdarə Heyətinin bütün üzvüləri “Yeni Sözçü” qəzetinin Mətbuat Şurasına qəbuluna səs veriblər.
“Yeni Sözçü” qəzetinin kollektivi Mətbuat Şurasının İdarə Heyətinin bütün üzvülərinə etimadlarına görə təşəkkür edir, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amasovun qəzet haqqında dəyərli fikirlərinə görə hörmətli Sədrə minnətdarlıq edir.

Biz də Təşkilatımızın rəhbərliyi və çoxsaylı üzvləri adından “Yeni Sözçü” qəzetinin redaksiya heyətini təbrik edirik. Ümid edirik ki, Təşkilatımıza üzv qəzetlər cəmiyyətdə öz yüksək mövqeyini tutmağa davam edəcək.

İctimai Nəzarət Koalisiyasıının kollektivi