Yaşamaq üçün ən yaxşı ev hansıdır?

0
328
Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir. Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar. Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”. İmam Əli (ə) buyurur: “Yetimi elə tərbiyə et ki, necə öz övladını tərbiyə edirsən. Cəzalandıran zaman onu o şeylə vur ki, övladını vurursan”. (İslami saytlara istinadən) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim yetimin başına nəvaziş əlini çəkərsə, əlinin altından keçən hər tükün sayına görə Allah ona bir neçə qat həsənə mükafat verər”.