Turində tarixi gecə: “Ayaks”ın növbəti qurbanı “Yuventus” oldu- VİDEO

0
343

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

“Yuventus” ilk görüşdə 1:1 hesablı heç-heçə “Ayaks”ı qəbul edib. 1/8 finalda “Real”ı mübarizədən kənarlaşdıran Hollandiya təmsilçisi 2:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib. “Ayaks” yarımfinalda “Mançester Siti” – “Tottenhem” cütünün qalibiylə oynayacaq.

“Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya) – 1:2

Qollar: Kriştiano Ronaldo, 28 – Donni van de Beek, 34, Matteis de Liqt, 67

İlk oyun – 1:1

Videonu izləmək üçün şəklə klikləyin: