“Qəzetlərə pul bölgüsü mexanizmi düzgün deyil!”-Asif Mərzili

0
886

“Bir daha deyirəm, qəzetlərə pul bölgüsü mexanizmi düzgün deyil, KİV-ə kömək üçün yardım yox, onu passiv etməyə hesablanıb”.

İctimaixeber.az bildirir ki, bu sözləri sosial şəbəkədə Təzadlar qəzetinin rəhbəri  Asif Mərzili yazıb:” Bir daha deyirəm, qəzetlərə pul bölgüsü mexanizmi düzgün deyil, KİV-ə kömək üçün yardım yox, onu passiv etməyə hesablanıb. Yox, əgər ədalətli olmaq istəyirlərsə, müstəqil və vicdanlı ekspertlər qəzet köşklərinin qarşısında dayanıb monitorinq etsinlər ki, kim hansı qəzeti alır. Monitorinqin nəticəsinə görə də yardımın kimlərə verilməsi (mükafat kimi, layihə kimi yox) müəyyənləşdirilsin… Bu monitorinqi isə ASAN Xidmətə versinlər. Ən vacibi, qəzetlərin çap olunduğu mətbəələr DTX-nin nəzarətinə verilsin və çap maşınlarına idarəetmə kamerası, bir də sayğac qoyulsun ki, məsələn, “Təzadlar” qəzeti neçə nüsxə çap edildi… Bu olmasa, pripiskalar 70-ci illərinkini də ötüb keçəcək… Bu dövlətin pulu heyifdir, onu maklaturaya yox, orduya vermək lazımdır”-deyə sədr müavini qeyd edib.