Pakistandan jest: 360 Hindistan vətəndaşını azadlığa buraxacaq

0
260

Rəsmi İslamabad Pakistanın ərazi sularında balıq ovlamaqda ittiham edilərək həbs edilən 360-a yaxın Hindistan vətəndaşını aprel ayında azadlığa buraxacaq”.

Trend xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal deyib.

O qeyd edib: “Biz bu addımı xoş niyyətlə atırıq və ümid edirik ki, Hindistan buna cavab verəcək. Pakistan 360 hindistanlını (onlardan 355-i balıqçıdır), həmçinin digər 5 əcnəbi vətəndaşı azad edəcək”.

M.Feysal hindistanlıların aprelin 8-dən 29-dək mərhələli şəkildə azadlığa buraxılacağını bildirib.

Bu, iki qonşu ölkə arasında fevralda münasibətlərin gərginləşməsindən sonra ilk belə jestdir.