Ölkə səhiyyəsinin daha bir uğuru. Azərbaycan Nefroloqlar Assosiyasiyası ERA-EDTA üzv seçilib

0
312

Azərbaycan Nefroloqlar Assosiyasiyası İctimai Birliyi Avropa Böyrək, Dializ və Transplantologiya Assosiyasiyasına (ERA-EDTA) üzv seçilib. Dünyanın 56 ölkəsinin nefroloji assosiyasiyalarının üzv olduğu bu təşkilat 1963-cü ildə yaradılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş nefroloqu, Assosiyasıyanın məsul katibi Fariz Babayev, bu mötəbər quruma üzvlüyün ölkə nefrologiyasının beynəlxalq aləmə inteqrasiyasında, elmi və praktik mübadilənin yaradılmasında, yerli mütəxəssislərin elmi əsər və məqalələrinin beynəlxalq tibb jurnallarında nəşr edilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, müştərək konqreslərin təşkilində və ümumilikdə, Azərbaycan nefrologiyasının inkişafında əhəmiyyətli rol oynayacaq.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı