Neft niyə bu qədər bahalaşdı? – İlham Şaban

0
391

Dünya bazarında neft qiymətlərinin bahalaşması ABŞ Prezidenti Donald Trampın İrana sanksiyaları və İrandan neft idxalına güzəştlərin ləğvi ilə bağlı son açıqlamasıdır.
Bu sözləri son günlər neftin qiymətinin sürətlə bahalaşmasına münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, dünya bazarında neftin qiymətinin 75 dollara yaxınlaşması sonuncu dəfə ötən ilin oktyabrında müşahidə edilib:
“Neftin qiymətinin bu qədər artmasına səbəb olan ikinci amil isə neft ehtiyatlarının azalmasıyla bağlı hesabatdır. OPEK-in yanvar ayından gündəlik neft hasilatını 1.2 milyon barrel azaltmaqla bağlı qərarından sonra həmin ehtiyatlarda olan neft mütəmadi olaraq satışa çıxarıldı. Ehtiyatların azalmasıyla bağlı məlumatlar açıqlananda bu, bazar iştirakçıları arasında çox yaxşı qarşılandı. Artıq bazarda tələb-təklif və dünya iqtisadiyyatının inkişaf tempi ona dəlalət edir ki, bazara çıxarılan neft həcmlərini iqtisadiyyat həzm edə bilir. Bu, çox yaxşı amildir və neftin qiymətinin artımına stimul verir”.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti dünya bazarında 75 dollara yaxınlaşıb.