Mollalar sarı jilet geyinib təmizlik işləri gördü…-İbrətamiz

0
353

Bir neçə gün öncə Rusiyanın  İvanovo  şəhərindəki Cümə məscidinin ərazisində din xadimləri və  məscid ziyarətçiLəri iməcilik keçirib.

İbadətgah ətrafındakı təmizlik işlərinə İvanovo vilayəti Müsəlman Ruhaniləri idarəsinin sədri F.U. Lyapin, İvanovo Cümə məscidinin imamları Jurabek Ahmedov və Mahmudxon Madiyev də qatılıb.  İməcilik  məhsuldar və çox müsbət bir atmosferdə keçib. “Belə anlarda birgə işimizə baxaraq  müsəlman olduğumuzu anlamaq çox gözəldir”- bu fikri aksiyada iştirak etmiş mollalar və ziyarətçilər ifadə edib.