Messi növbəti oyunda oynamayacaq- SƏBƏB?

0
435

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi zədələnib.

Argentinalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Yunayted”lə ilk qarşılaşmasında (1:0) xəsarət alıb.

Meydan sahiblərinin müdafiəçisi Kris Smollinqlə toqquşmadan sonra L.Messinin üzünü qan bürüyüb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyunu başa çatdıra bilib.

Cənubi amerikalı bu gün müayinədən keçəcək. Onun burun çəpərində çat olması ehtimal edilir. Lakin İspaniya mətbuatı artıq indidən L.Messinin aprelin 13-də La Liqanın “Ueska” ilə görüşündə meydana çıxa bilməyəcəyini iddia olunur.