“Mən sabah da varam” adlı kitabın təqdimatı keçiriləcək

0
216

Yazıçı, publisist, peşəkar tərcüməçi, jurnalistikamızın tanınmış simalarından biri AKİF QƏHRƏMANLI bizi təqribən il yarım bundan əvvəl tərk edib. Amma əziz dostumuzun, unudulmaz həmkarımızın adı hər zaman, hər yerdə hörmətlə, ehtiramla çəkilir.

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi bugün, saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirəcəkdir. Mərasim iştirakçılarına “Mən sabah da varam” adlı kitab da təqdim ediləcək. Kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-jurnalist Şəfəq Nasirdir.