KAMİL NEHRƏMLİNİN XATİRƏLƏRİNİN İŞIĞINA TOPLANDIQ

0
870
Aprelin 18-də İctiami Nəzarət Koalisiyasının təşəbbüsü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə DAMM və İNK-nın “Azərbaycan” Nəşriyyatındakı Qərargahında – QHT Evinin Yeni Media və KİV Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist Kamil Məhərrəmoğlunun 60 illik yubileyi münasibətilə qələmə aldığı “Xatirələr işığında” adlı kitabının təqdimatı keçirilib.

K.Məhərrəmoğlunun həyat və yaradıcılığı ilə bağlı xatirələrin cəmləşdiyi kitabın təqdimat mərasimində İNK-nın rəhbərliyi, çoxsaylı üzvləri, şəhid anaları, elm, ədəbiyyat və mədəniyyət xadimləri, şair və yazıçılar, ziyalılar, ictimaiyyət nümayəndələri, Kamil Məhərrəmoğlunun ailə üzvləri, dostları, media nümayəndələri iştirak ediblər.

İNK-nın Aparat rəhbəri Füruzə Mustafayeva iştirakçıları salamlayaraq tədbirin məqsəd və məramını açıqlayıb. O, K.Məhərrəmoğlunun “Uzun incə bir yoldayam”, “Tarixi özündə yaşadan kənd”, “Azərbaycan türkünün daş pasportu” adlı kitablarından sonra “Xatirələr işığında” adlanan dördüncü kitabının məhz İNK ailəsinin təşəbbüsü və təşkilatçılığı ilə təqdim olunmasından məmnun olduqlarını bildirib.

F.Mustafayeva sonra sözü tədbirin aparıcısı K.Məhərrəmoğlunun dostu, Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiqə verib.

“Xatirələr işığında” adlı kitabın müəllifinin fəaliyyət və yaradıcılığı barədə iştirakçılara geniş açıqlama verən Ş.Sadiq bildirib ki, Kamil Məhərrəmoğlu 1959-cu il mart ayının 1-də Naxçıvanın Nehrəm kəndində dünyaya göz açıb. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunun, 2002-ci ildə isə jurnalistika fakültəsinin məzunu olub. 1982-ci ildən müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində böyük redaktor, 2018-ci ildən Azərbaycan Radiosunda Baş redaktorun müavini vəzifəsində çalışır və müəllifi olduğu “Həmsöhbət” verilişinin aparıcısıdır.

Ş.Sadiq qeyd edib ki, varlığı ilə öz kökünə bağlı olan dostu Kamil Məhərrəmoğlu təpədən-dırnağa kimi vətənpərvər insandır: “Bu söz həmişə pafosla səslənir, amma nə qədər pafosla səslənsə də, Kamil müəllimə yaraşır, sanki onun boyuna biçilib. İstər aparıcısı olduğu radio verilişlərində, istər yazdığı kitablarda, istərsə də el məclislərində, dost yığıncaqlarında onun söhbətlərindəki mayanın vətən, millət sevgisi ilə yoğrulduğunu görürük. Məsələ ondadır ki, Kamil Nehrəmli atamın da dostudur, mənim də. Atamla həmyaşıddır, mənimlə də. Çox qəribədir, həmişə Kamil müəllimlə görüşəndə, danışanda elə bilirəm mənim sinif yoldaşım olub, amma birdən Kamil müəllimin yadına öz uşaqlığı düşür və atamdan danışır, sonra da əlini boynuma salıb “qardaşımın oğlu” deyir bu tilsim qırılır və fərqinə varıram ki, Kamil müəllim atam Kamillə həmyaşıddır və onun uşaqlıq dostudur… Və bu an onun da fərqində oluram ki, bütün bunlar Kamil müəllimin ruhən səmimi olmasından irəli gəlir”.

Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov çıxış edərək rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib və dəvəti qəbul edib gələn qonaqlara öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, Azərbaycan Radiosu “Ədəbiyyat və İncəsənət” redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, şair Nizami Muradoğlu, tanınmış radio diktoru, Xalq artisti Eldost Bayram, milyonçu Ağa Musa Nağıyevin nəvəsi, Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyin sədri Dilarə Nağıyeva, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli, İNK üzvlərindən Svetlana Zeynalova və digərləri K.Məhərrəmoğlunun yaradıcılığından, yeni kitabının məziyyətlərindən söhbət açıb, müəllifə yaradıcılıq uğurları arzulayıblar. Tanınmış şair Oqtay Rza K.Məhərrəmoğluna həsr etdiyi “Yaşıl qalacaq” şeirini söyləyib.

Tədbir çərçivəsində Milli Qəhrəman anası Gözəl Xasıyeva Kamil Məhərrəmoğluna İNK-nin fəxri üzvü vəsiqəsini təqdim edib, eyni zamanda K.Məhərrəmoğlunun həyat və yaradıcılığını əks etdirən videoçarx, eləcə də xanəndə Təyyar Mirzəyevin ifasında musiqi nömrələri təqdim olunub.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib.

Daha sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib.

Elşən KƏNAN

İctimainezaret.com

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU

İNK-DA KİTAB TƏQDİMATI OLDU