İstanbulda Aprel qələbəsinin 3-cü ildönümü qeyd olundu

0
292
Dünən İstanbulda azərbaycanlı gənclərin təşkilatçılığı ilə Aprel qələbəsinin 3-cü ildönümünə həsr olunmuş “Azərbaycan ordusunun 2016 Aprel zəfərini qutlama, şəhidlərini anma və şeir proqramı” adlı tədbir keçirilib.

İctimainezaret.com xəbər verir ki, Türk Ədəbiyyatı Vakfının, İrak Türkmən Kültür və Dayanışma dərnəyi və Azərbaycan Gənclərinin İstanbul Hərəkatının təşkilati dəstəyi ilə həyata keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Təbriz, Borçalı və Kərkük türkləri iştirak edib.

Tədbir ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azəbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gənclərinin İstanbul Hərəkatı İdarə Heyətinin üzvü Qabil Ədalət Milli Ordumuzun Aprel döyüşlərində qazandığı tarixi qələbələrdən, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin Afrin zəfərindən danışaraq bütövlükdə türk dünyasını bir daha təbrik edib.

Tədbirdə çıxış edən tənqidçi-yazar Rübabə Sahib Aprel döyüşlərinin təfərrüatlarından danışaraq, Aprel zəfərinə beynəlxalq aləmdə verilmiş dəyərdən, həmin döyüşlərdə qazanılan qələbə nəticəsində Azərbaycan xalqında böyük ruh yüksəkliyinin yaranmasından söz açıb.

Sonra iştirakçılardan – AGİH-nin rəhbəri Rəşad Rza, siyasi şərhçi Ramiyə Məmmədova, gənc fəal Ağa Əlizadə, İstanbulda fəaliyyət göstərən İraq Türkmən Kültür və Dayanışma Dərnəyinin üzvü Ümid Kərkük, türk şairləri Ankaradan Kəmaləddin Kalkan, Mehmet Ali Demircan, Hamdi Balık, kərküklü şair Eyyub Kərkük, Ankara Sənət Platformunun Azərbaycan üzrə rəsmi nümayəndəsi Qalibə Cəfərova, tədbirin təşkilatçılarından gənc şair, AYB-nin üzvü Günay Nəriman və gənc şair, DGTYB-nin üzvü Gülnarə İsrafil Lələtəpədə qazanılan qələbənin mahiyyətindən və həmin döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq barədə mərasim iştirakçılarına geniş məlumat verib, Aprel qələbəsini ordumuzun gücünün bariz nümunəsi kimi səciyyələndirib və öz şeirlərini səsləndirdilər.

Tədbirdə QHT və bir sıra media nümayənləri, o cümlədən TRT-nin əməkdaşı Ahmet Bahceci iştirak edib.

Tədbir türkiyəli ud ifaçısı Ayzer bəyin bəstələdiyi “Qarbağlı uşaq” əsəri ilə yekunlaşıb.

İstanbulda Aprel qələbəsinin 3-cü ildönümü qeyd olundu

İstanbulda Aprel qələbəsinin 3-cü ildönümü qeyd olundu

İstanbulda Aprel qələbəsinin 3-cü ildönümü qeyd olundu

İstanbulda Aprel qələbəsinin 3-cü ildönümü qeyd olundu