İspaniyada 50 avtomobil toqquşdu – VİDEO

0
268

İspaniya paytaxtı Madriddən təxminən 90 kilometr aralıda yerləşən avtomagistralda 50-dən çox avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Nəticədə 35 nəfər həlak olub.

İctimaixeber.az Oxu.az-a istinadən xəbər verir ki, qəza sahəsinin uzunluğu  iki kilometrə yaxındır.

Hadisənin əlverişsiz hava şəraiti, o cümlədən bölgəyə düşmüş güclü qarla əlaqədar olduğu deyilir.Kütləvi qəza Somosyerra rayonunun ərazisində qeydə alınıb.  Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  Qəzanın baş verdiyi avtomagistral bağlandı.

 

https://daytube.az/az/videos/81836/