İsmayıllıya dolu yağıb

0
450

İsmayıllı rayonuna güclü dolu düşüb. Yağan dolu bir sıra fəsadlarla yadda qalıb.

Təxminən fındıq boyda olan dolu ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusən də meyvə-tərəvəz və taxıl sahələrinə ziyan vurub.

Yerli sakinlərin sözlərinə görə, dolu yağışı saat 11:00 radələrində başlayıb və təxminən 10  dəqiqə davam edib. Güclü küləklə müşayiət olunan dolunun ardınca leysan xarakterli güclü yağış yağıb.