İlahidən gələn sənətin gənc sahibi…

0
911

Rəssamlıq İlahidən gələn bir vergidir deyənlər səhv etmirlər. Bu sənətin həyatda mükəmməl reallığına qovuşması üçün isə həmin qabiliyyətə malik insanın daim qayğıya və dəstəyə ehtiyacı var.

 13 yaşlı gənc rəssam Surə Dadaşzadənin bu şansa nail olması da həyat bilgilərinə olan sonsuz məhəbbəti və istedadının nəticəsidir.

Bakının 139 saylı tam orta məktəbindən incəsənət gimnaziyasına qədər olan təhsil yolunda Surə Dadaşzadə həmişə yüksək çalışqanlığı, məsuliyyəti, tərbiyəsi, istedadı ilə seçilmişdir.

İki il ərzində kətanda və kağızda 30 rəsm çəkmiş, 20-dən çox diplom və sertifikatlarla təltif edilmiş bu istedadlı gənc qız 2018-ci ildə Parisdə Gənc Rəssamlar sərgisində iştirak etmişdir.

Surə ona uğurlara nail olmasında dəstək olmuş AMK tərkibində İncəsənət Gimnaziyasının rəhbər və müəllim heyətinə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Əli Əmirov adına mədəniyyət sarayının rəhbərliyinə və təbii ki, ilk növbədə öz ailəsinə minnətdar olduğunu bildirmişdir.

Gənc rəssam Surə Elşən qızı Dadaşzadəni 3 may 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ili münasibəti ilə İctimai Nəzarət Koalisiyası İB, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Sabitlik və İnkişaf Mərkəzi İB və AMK tərkibində İncəsənət Gimnaziyası tərəfindən keçirilən “Nadir rəsm sərgisi” münasibəti ilə təbrik edir, gələcək həyat yolunda uğurlar arzu edirik. Ümid edirik ki, bu sərgi Surənin yaradıcılıq uğurları sırasında əhəmiyyətli yer tutacaq.

“ictimaixeber.az”