“Google” binasında qəza: Ölən və yaralananlar var – VİDEO

0
204

ABŞ-ın Sietl şəhərində “Google”un yeni binasında bədbəxt hadisə baş verib.

Daily Mail xəbər verir ki, binanın inşasında istifadə olunan qaldırıcı kran gözlənilmədən qırılaraq aşıb.

Avtomobilləri əzib binalara ziyan vuran kran ilkin məlumata görə 4 nəfərin ölümünə, 3 nəfərin isə ağır yaralanmasına səbəb olub.Yaralılardan ikisi ana və azyaşlı uşaqdır.

Kran qəzasına güclü küləyin səbəb olduğu ehtimal edilir.