“Formula-1”: Sam Smiti Cessi Cey əvəzləyəcək

0
600

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin konsert proqramında ingiltərəli müğənni Sam Smiti əvəzləyən məşhurun adı açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, aprelin 27-də azarkeşlər qarşısına Cessi Cey çıxacaq.

“Brit” mükafatlı britaniyalı məşhurun konserti “Bakı Kristal Zalı”nda baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 26-28-də olacaq.