“Formula 1” həftəsində xüsusi repertuar

0
667

26-28 aprel tarixlərində Bakı şəhərində növbəti “Formula 1 Azərbaycan Qran Prisi – 2019” baş tutacaq.

Akademik Musiqili Teatr yarış günlərində xüsusi repertuarla çıxış edəcək. Aprel ayının 26-da saat 19:00-da “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 27-də saat 19:00-da “Arşın mal alan” (Ü.Hacıbəyli), 28-də saat 19:00-da isə “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) səhnə əsərləri nümayiş olunacaq.

Tamaşaların ingilis dilində tərcüməsi əcnəbi qonaqlarımıza titrlər vasitəsilə göstəriləcək. Ümumiyyətlə, son illər teatrımız beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında xoş təəssüratlar oyadır”, – deyə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.