Doğuş ekranlara geri qayıdır

0
316

2014-ci ildə aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuş aktyor kimi ekranlara geri qayıdır.

Bu barədə o, ötən gün Türkiyə KİV nümayəndələrinə açıqlamasında bildirib.

Ticarət mərkəzində görüntülənən sənətçi “Babadan oğula” filmində rol aldığını qeyd edib: “Bildiyiniz kimi aktyor olaraq daha əvvəl “Aşk Kopat”la tamaşaçı qarşısına çıxmışam. İndi isə təkrar çəkilişlərə geri qayıtdım. Allahın icazəsi ilə sentyabr ayında kinonun premyerası olacaq. Ümid edirəm ki, tamaşaçılar bəyənəcək”.