Bakıda zəncirvari qəza: 5 maşın bir-birinə çırpıldı

0
248

Bünyadov prospektinın Nərimanov rayonu ərazisinə düşən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

“Hyundai” markalı avtomobilin sürücüsü tuneldən çıxarkən qəfil əyləcdən istifadə edib.

Daha sonra arxadan gələn “Mercedes”, “Daewoo”, “Kia”, “Toyota” avtomobilləri ard-arda bir birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da 3 avtomobil deformasiyaya uğrayıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar prospektin Qələbə dairəsindən Ayna Sultanova heykəli istiqamətində tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.