AĞDAM BU GÜN: “TƏZADLAR”IN QUZANLIDAN REPORTAJI…

0
565
“Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda son bir ildə aparılan tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən görülən quruculuq işlərinin geniş vüsət alması əhalinin sosial-rifahının daha da yaxşılaşmasına səbəb olub. Ümumiyyətlə, rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf yönümlü tədbirlər insanların ürəyincədir…”.

Bunu Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev “Təzadlar”ın əməkdaşının Ağdamda aparılan abadlıq və quruculuq işləri ilə bağlı sualını cavablandırarkən deyib…

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, respublikanın bütün regionlarında olduğu kimi, Ağdamda da son bir ildə tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıb.

Bu barədə Ağdam sakinləri tərəfindən “Təzadlar”a göndərilən dövlət başçısına və rayon rəhbərliyinə ünvanlı çoxsaylı təşəkkür məktublarında bəhs edilir.

Məktub müəllifləri əhalinin həyat şəraiti, ölkədə gedən sosial-iqtisadi inkişaf fonunda qaçqın və məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından, digər bölgələrdə olduğu kimi, Ağdam rayon ərazisində də məskunlaşan məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək görülən işlər barədə qəzetimiz vasitəsilə ictimaiyyətə dəqiq və qərəzsiz məlumatlar təqdim edilməsini istəyirlər. Çoxsaylı rayon ağsaqqallarının və ziyalıların xahişini nəzərə alaraq qəzetimizin əməkdaşı Ağdama ezam olunub.

Əməkdaşımızın verdiyi məlumata görə, o, Ağdam Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ziyalıları və dindarları ilə görüşüb ətraflı söhbət edib.

Bu barədə əməkdaşımızın hazırladığı geniş yazı “Təzadlar”ın növbəti sayında təqdim ediləcək.

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...

AĞDAM BU GÜN: "TƏZADLAR"IN QUZANLIDAN REPORTAJI...