18 yaşlı qız civə içdi

0
471

Zaqatalada hamilə qadın kimyəvi maddədən zəhərlənib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 13-ü axşam saat 22 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 2001-ci il təvəllüdlü Zeynəb Hüseyn qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.
Tibb müəssisindən bildirilib ki, müayinə zamanı 6 aylıq hamilə olan 18 yaşlı Z. Əliyeva kimyavi maddə olan civə içdiyini bildirib. Z. Əliyevaya ağır metalın toksiki təsiri diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində davam etdirlir.
Faktla bağlı araşdırma aparılır.