Ərdoğan Trampa S-400 raketləri üzrə yeni təklif edib

0
470

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon söhbəti olub.

Türkiyə lideri telefon söhbəti zamanı Ağ evin başçısına Rusiyanın S-400 zenit-raket sisteminin tədarükü ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmağı təklif edib.

İkitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparan tərəflər qarşılıqlı ticarət dövriyyəsini 75 milyard dollara çatdırmağı hədəflədiklərini bir daha ifadə ediblər.

Həmçinin Suriyadakı vəziyyət, terrorla mübarizədə bundan sonra da birgə əməkdaşlıq məsələləri müzakirə predmeti olub.