RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YENİ MÜSTƏVİDƏ

” İCTİMAİ NƏZARƏT KOALİSİYASI”NIN
BƏYANATI

Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri başa çatdı. Səfər çərçivəsində iki dövlət arasında mühüm siyasi, iqtisadi, ticari əlaqələrin möhkəmlənməsinə zəmin yarada biləcək sənədlər imzalandı və heç şübhəsiz yenilənən bu sazişlərin iki dovlət arasında dostluq, qonşuluq, qarşılıqlı etibar və etimad prinsiplərinin möhkəmlənməsinə xidmət edəcəyinə ümidlərimizi möhkəmləndirdi.İstər Azərbaycan Prezidenti İlham Əliyevin, istərsə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səfər çərçivəsində baş tutan təkbətək görüşlərində səslənən fikirlər əsas verir söyləyək ki bu iki dövlət arasında qədim tarixə malik olan mehriban dostluq əlaqələri bundan sonra da yüksək templə davam edəcəkdir.Rusiya Prezidenti ölkəsinin həmişə olduğu kimi bundan sonra da bütün məqamlarda Azərbaycanın yanında olacağını və bunun dünyanın gözü qarşısında təzahür etdiyini və edəcəyini bəyan etdi.Vladimir Putin xalqımızı, dövlətimizi narahat edən Dağlıq Qarabağ münaqişəsinin də tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində ölkəsinin qarşı tərəfə təsirini artıracağına söz verdi. Dövlətimizin rəhbəri də öz növbəsində Azərbaycanın Rusiya ilə sıx əməkdaşlıq prinsiplərinə daim sadiq qalacağını, xalqlarımızın firavan yaşaması naminə iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə səy göstərəcəyini ifadə etdi.
Göründüyü kimi bu səfər hər iki dövlət üçün əhəmiyyətli dərəcədə qiymətli oldu və heç şübhəsiz gələcəkdə onun bəhrəsi də göz önündə olacaq. Ancaq çox təəsüflər olsun ki bu mühüm dövlət səfərinə və səfər zamanı qazanılan nailiyyətlərə kölgə salmağa cəhd edən şər qüvvələr yenə də ürəkbulandıran bəyanatlar verməklə ictimaiyyəti çaşdırmağa can atırlar.Adam az qalır bu insanların Azərbaycanlı olduqlarına şübhə etsin…Rusiya kimi nəhəng bir dövlətlə dostluq əlaqələrimizin möhkəmlənməsini istəməyən qüvvələr heç şübhəsiz Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını da istəmirlər.Şəq qüvvələrin verdikləri bütün bəyanatlar, çıxışlar, çağırışlar ancaq hakimiyyət uğrunda savaşdan başqa bir məqsəd daşımır.Bunlar heç cür dərk etmirlər ki Rusiya ilə münasibətləri hərtərəfli möhkəmləndirmədən, onlara ermənilərdən qat-qat yaxın və sərfəli ölkə olduğumuzu əməli işimizlə sübut etmədən bu münaqişənin istər müharibə yolulyla, istərsə də qarşılıqlı anlaşma yolu ilə həll olunmasına nail ola bilmərik. Və biulmirik də.Görünən dağa bələdçi lazım deyil.Rusiya da bilir, Ermənistan da bilir ki biz hərb yolu ilə torpaqlarımızı qısa müddət ərzində azad etməyə qadirik.Amerika kimi bir dövləti dünya meydanında saymayan, onun sanksiyalarını acı gülüşlərlə qarşılayan nəhəng Rusiya ilə münasibətləri necə korlamaq olar?! Azərbaycanın Rusiyanın bir vilayəti boyunda olduğuna rəğmən dövlət rəhbərmizin dərin siyasəti nəticəsində biz dünyada böyük dövlətlərlə eyni sırada addımlayırıq.Rusiya bizim qara gözlərimizə aşiq deyil, Rusiya gördü ki postsovet ailəsindən ayrılan dövlətlər arasında yalnız Azərbaycan qısa müddətdə ağlagəlməz dərəcədə inkişaf etdi, mühüm neft və qaz layihələrini gerçəkləşdirməklə dünyanın böyük dövlətlərini özündən asılı vəziyyətə gətirdi.Zaman-zaman Azərbaycan Ukraynaya, Gürcüstana , Türkiyəyə və başqa irli-xırdalı ölkələrə təmənnasız yardımlar həyata keçirməklə özünün bir qüdrət sahibi olduğunu nümayiş etdirdi.Və bütün bunlar Rusiyanın gözləri önündə baş verdi.Bəli,Amerika ilə gərginlik yaşadığı bir zamanda bu gün əminliklə deyə bilərik ki Rusiyanın da iqtisdi problemlərinin aradan qaldırılmasında məhz Azərbaycanın, Türkiyənin, eləcə də strateji tərəfdaşı olan İranın dəstəyinə ehtiyacı var.Bu asılılıq bizi Rusiyaya deyil, Rusiyanı bizə daha çox yaxınlaşmağa təhrik edir.Bu isə o deməkdir ki Azərbaycan Prezidenti İlham Əliyev dünya siyasət meydanında ustalıqla manevr etməyi bacaran bir siyasətçidir.Əgər biz müharibəsiz, qan tökülmədən torpaqlarımızı erməni işğalından azad etmək istəyiriksə Rusiyaya doğru bir az da irəli addımlamalıyıq, çünki bu qarşıdurmanın hakimi Rusiya özüdür və sonda qalibin kim olacağını da meydanda vuruşan dövlətlər deyil, yalnız o müəyyən edəcək.Şübhəsiz bu, bizim şəxsi fikrimizdir, ola bilsin ki müxalif qüvvələr, elə iqtidar təmsilçiləri özləri də bu mühüm məsələnin başqa yollarını bilirlər.Bizim bildiyimiz qədər odur ki Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Rusiyanın əlindədir və istər müharibə yolu ilə, istərsə də sülh yolu ilə torpaqlarımız yalnız Rusiyanın Ermənistana təsir gücü ilə reallaşa bilər.
İCTİMAİ NƏZARƏT KOALİSİYASI olaraq Möhtərəm Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasına növbəti rəsmi səfəri zamanı qazandığı uğurları təşkilatımızın çoxsaylı üzvləri adından alqışlayırıq və mühüm əhəmiyyətli səfər kimi dəyərləndiririk.