Nə üçün məhz İlham Əliyev!?

Seçki ilində cəmiyyıətdə baş verənləri izləmək bir kulturoloq-sivilizasiyaşünas və yazıçı, həm də düşüncə adamı kimi mənə hər zaman maraqlı olub, imkan daxilində intellektual olaraq mərkəzçi mövqe sərgiləməyə çalışmışam. Tarix üçün isə hər zaman qeydlərimi etməyə marağım var. Dünənki efir biabırçılığı bir daha sübut etdi: Prezident İlham Əliyev, əslində, tele-debatlara şəxsən qoşulmamaqla düz edib. Qədim Sufilər axı yaxşı buyurub: dostluq etdiyin, səyahətə çıxdığın, söhbətləşdiyin və içki məclisində ətrafındakıların kim olduğunun fərqində deyilsənsə, səndən ağıllı adam çıxmaz…
Sözüm bunda yox, mənə çoxlu şəxs tərəfindən sual olunur və fikir bildirməyimi istəyirlər ki, növbəti Prezident kürsüsündə kimin oturacağıyla bağlı düşündüklərimi insanlarla bölüşüm. Buyurun, qısa tezisvari fikirlərimi – siyasi-tarixi proqnozlarımı çatdırıram:
1. Son illərdə Azərbaycanı dünya dövlətləri sırasına çıxartdığına;
2. Bakını Şərq şəhərindən Avropatipli meqapolisə çevirdiyinə;
3. Əyalətlərdəki görünməmiş dəyişikliklərə;
4. İqtisadi inkişafı sürətləndirərək rəqabətədavamlı dövlət quruculununu sürətləndirdiyinə;
5. Ciddi hərbi-ordu quruculuğuna;
6. İntellektual dövlətçilik-siyasi, iqtisadi-sosial, ictimai-mədəni modern cəmiyyət yaratdığına;
7. Təhsil, səhiyyə, mədəniyyət, elm müəssisələri yaratdığına;
8. Yol infrastrukturunu, körpü-keçid tikililərinə;
9. İdman, gənclik, mədəniyyət, elm, təhsl, beynəlxalq əlaqələr sahəsindəki uğurlarına;
10. Geosiyasi qələbələrə, xarici aləmdəki təsirlərə;
11. KİV, mədəniyyət, gənclər, elm, sahibkarlıq, kənd təsərüffatı, təhsil siyasətindəki uzaqgörən siyasətinə;
12. İncəsənət və mədəniyyət quruculuğuna verdiyi töhfələr;
13. Dövlətin əsas atributlarının və mexanizmlərinin yaradaraq möhkəmlətməsinə;
14. BMT-nin Ali Şurasına, başqa qurumlarına, YUNESKO, ATƏT, AŞPA, İslam Ölkələri Təşkilatı, Türk Dünyası Birliyi və başqa qlobal qurumlardakı rəhbərliyə seçimindəki əməyinə, peşəkarlığına, bacarığına;
15. Tikilən, yenidən qurulan, əsaslı təmir edilən zavod və fabriklər, olimpiya mərkəzləri, mədəniyyət ocaları, səhiyyə obyektləri, kənd təsərüffatı müəssisələri, yaşayış binaları, dövlət qurumları üçün tikililər və başqa daşınmaz varidatlara;
16. Beynəlxalq layihələr, neft, qaz kəmərləri, salınan dəmiryolları, aeroport və yeni avtovağzalların yaradılması;
17. Beynəlxalq şəbəkələrimizin qurulması, diaspor quruculuğu və xaricdə təhsil, habelə başqa ölkələrə Azərbaycan kapitalının ixracatına;
17. Sosialyönümlü açıq cəmiyyətin təşəkkülündəki əməyinə…

– … daha neçə-neçə uğurlu fəaliyyətinə görə insanlarımız sözsüz ki, dünyanın intellektual-kreativ Prezidentlərindən sayılan İlham Əliyevə səs verəcəkləri dəqiqdir.
Orta təbəqə, məmurlar, təqaüdçülər, gənclər, ordu və daxili qoşun nümayəndələri, elm, təhsil, mədəniyyət, səhiyyə işkiləri stabil dövlət, normal və ildən-ilə artırılan məvaciblərə, ən əsası isə dayanıqlı iş yerlərinə görə onun arxasıyca addımlayır.
Bölgələrdəki insanların İlham Əliyevə sevgisini sadəcə onların arasında sorğu keçirməklə də bilımək olur.
Bakıdakı insanların səviyyəsi imkan verir ki, sovetlər dönəmi və indiki modern Azərbaycanı müqayisə etsinlər, real nəticələrə gəlib İlham Əliyevin namizədliyini dəstəkləsinlər…

Bir sözlə, insanları real nəticələr və güzəran düşündürür ki, bunu da məhz İlham Əliyev hakimiyyəti bizlərə verə bildi, baxmayaraq, kifayət qədər həllini gözləyən problemlər, Qarabağı geri qaytarmaq, Güney Azərbaycanla birləşmək kimi məsələlər hələ də qarşısında durur və 50 milyonluq soydaşımızın lideri olaraq Bütöv Azərbaycanın mənəvi-siyasi rəhbəri olaraq Prezident İlham Əliyev yeni mərhələdə məhz bu qlobal məsələləri də uğrula həyata keçirəcək…

Bu işdə isə biz intellektuallar və yaradıcı cavanlar, hər zaman olduğu kimi, Prezidentimiz İlham Əliyevin ətrafındayıq və hər cür kömək eləməyə hazırıq…

Aydın Xan Əbilov, yazıçı-kulturoloq, YYSİB sədri, www.kitabxana.net portalının rəhbəri