Vətəndaşlara hədə-qorxu gələn sayt rəhbəri zərərsizləşdirildi

Artıq uzun zamandır ki, Azərbaycanda “reket jurnalist” adı altında fəaliyyət göstərən axar.az saytı xaricdən maliyyələşərək öz çirkin əməllərini davam etdirirdi.  Lakin, 28 dekabrda ölkə vətəndaşlarına hədə-qorxu gələrək pul tələb edən sayt rəhbəri Rauf Soltanov DİN və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən hadisə yerində yaxalandı.

Məlumat üçün bildirək ki, bir neçə ay bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən 187 nömrəli məktəbin direktoru, nümunəvi fəaliyyəti ilə uzun illər təhsilimizə töhvələr verən Nailə Məmmədova da bu dırnaqarası jurnalistlərin hədəfinə çevrilmiş və dəfələrlə yalan xəbərlərlə şantaj edilmişdir.

Qeyd edək ki, Dövlət rəsmiləri, eləcə də dövlətçilik əleyhinə nalayiq ifadələrlə bu kimi xarici müxalif qüvvələr tərəfindən dəstəklənən press nümayəndələri heç də az deyil, və bizim məqsədimiz onlara qarşı haqqlı mübarizə aparmaqdır. Biz də öz növbəmizdə İctimai Nəzarət Koalisiyası olaraq ölkəmiz, xalqımız və Prezidentimiz əleyhinə fəaliyyət göstərən bütün müxalif qüvvələrə qarşı var gücümüzlə mübarizə aparırıq və aparacağıq.