“Qarabağ”dan tarixi qələbə

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.

İctimaiXəbər.az 16.08.2017, Bakı. xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini qəbul edəcək. Qarşılaşma yerli vaxtla 20.00-da Tofiq Bəhrəmov adına stadionda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

UEFA Çempionlar Liqası, Pley-off, ilk oyun

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)   1:0

Qol: 26 – Mahir Mədətov

Baş hakim: Paolo Talyavento

Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso

Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)

***

Çempionlar Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu üçün heyətlər açıqlanıb.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (K), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Jakub Rzejniçak. 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, Rahid Amirguliyev, 14 Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

“Kopenhagen”: 25. Robin Olsen, 3, Pyer Benqtsson, 6. Uilyam Kvist (K), 7, Benyamin Verbiç, 8. Uroş Matiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 20. Nicolay Boylesen, 22. Peter Ankersen, 24.Youssef Tutu, 27. Mixael Lüftner

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev, 28. Pieros Sotiriou, 32. Danni Amankva

***

Çempionlar Liqasının himni Azərbaycanda ilk dəfə səsləndirilib. “Qarabağ” bununla da Azərbaycan futbolu tarixinə düşdü.

***

Oyun başladı.

***

Matçın ilk 20 dəqiqəsində qapılar qarşısında real qol vəziyyəti yaranmayıb. Hər iki tərəf qısa paslarla ehtiyatlı futbol oynayır.

***

26-cı dəqiqədə Mahir Mədətov hesabı açır. Dino Ndlovunun uzaqdan açdığı zərbə dirəkdən qayıdır və Mahirin qarşısına düşür. Gənc hücumçu da topu boş qapıya göndərir.

Qeyd edək ki, ilk dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində qol vururuq.

***

Matç “Qarabağ”ın aşkar üstünlüyü ilə davam edir. Təmsilçimiz ardıcıl hücumlarla 2-ci qolu axtarır. Lakin rəqib qapıçının inamlı çıxışı hələlik buna imkan vermir.

***

Matçda baş qol vurulmayıb və “Qarabağ” 1-0 hesablı qələbə qazanıb. Cavab matçı 1 həftə sonra keçiriləcək.